"AvtoVAZ"-ın maşınlarını ancaq ruslar alır: satış iki dəfə artıb


2023-cü ilin mart ayında Rusiyanın "AvtoVAZ" şirkətinin satışları demək olar ki, iki dəfə artıb. Qeyd edək ki, xarici təchizatçılar "AvtoVAZ" üçün ehtiyat hissələrinin tədarükünü 2022-ci ilin mart ayından dayandırıb.


AFN.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib. Ümumilikdə müəssisənin 23,3 min avtomobili elə Rusiyada satılıb. Bu, ümumi satışın 90 faizi deməkdir.

Yazın əvvəlindən "Lada Granta"nın satışı 16,2 min ədəd təşkil edib. Bu, 2023-cü ilin fevral ayı səviyyəsinə uyğundur, 2022-ci ilin mart ayı ilə müqayisədə isə 373,5 faiz çoxdur. Həmçinin mart ayında 2,7 min “Niva Legends” (illiklə müqayisədə 212,1 faiz çox) və 3,7 min “Niva Travel” (83,1 faiz artım) satılıb.

Birinci rübün nəticələrinə görə, satılan avtomobillərin ümumi sayı 64,2 min ədədə yüksəlib (2022-ci illə müqayisədə 22 faiz çox). AvtoVAZ-ın prezidenti Maksim Sokolovun sözlərinə görə, birinci rübün müsbət nəticələri bazarın bərpasına “mülayim nikbinliklə” baxmağa imkan verir. Belə ki, şirkətin bütün satılan avtomobillər arasında payı 2022-ci ildə 27,9 faizə yüksəlib. İlin ortalarına qədər "AvtoVAZ" yeni "Lada Vesta"nın satışına başlamaq və Sankt-Peterburqda keçmiş "Nissan" zavodunda istehsal sahəsini işə salmaq niyyətindədir. Sanksiyalara baxmayaraq, şirkət 400 mindən çox avtomobil istehsal etməyi hədəfləyib.

Komponent təchizatçıları tərəfindən müqavilələrin pozulması səbəbindən "AvtoVAZ"da avtomobillərin fasiləsiz istehsalı mümkünsüz olub. Ehtiyat hissələri yoxdur deyə zavod hələ də avtomobillərin sadələşdirilmiş modellərini istehsal edir və onlara avtomatik transmissiya quraşdırmır. Sokolovun sözlərinə görə, bu modifikasiyada avtomobillərin istehsalı 2024-cü ildə bərpa olunacaq.

2022-ci ilin sonunda "AvtoVAZ"-ın xalis mənfəəti 86,2 faiz azalaraq 206,6 milyon rubl təşkil edib. Şirkətin gəliri 169,574 milyard rubla (mənfi 43,7 faiz) qədər azalıb. Satışdan zərər 2021-ci ildəki 10,2 milyard rubl artıma qarşı 4,126 milyard rubl təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu