"Toyota" 1,1 milyon avtomobilini geri çağıracaq


"Toyota Motor" sensordakı qısaqapanmanın təhlükəsizlik yastıqlarının nəzərdə tutulduğu kimi açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyondan çox avtomobili geri çağıracağını açıqlayıb.


Şirkətdən verilən açıqlamada bildirilir ki, "Toyota" və "Lexus" bəzi sedan və SUV modellərində təhlükəsizlik yastığı sensorunda yaranan problemin sərnişinlərin ağırlığını səhv hesablaya bilməsi və hava yastığının mümkün qəza zamanı düzgün açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağıracaq.

Geri çağırılma 2020-2022-ci illər arasında istehsal olunmuş "Avalon", "Camry", "Corolla", "RAV4", "Lexus ES250", ES300H, ES350, "RX350 Highlander" və "Sienna Hybrid" avtomobillərini əhatə edir.

Bu avtomobillərin 1 milyonu ABŞ-da satılıb.

"Toyota" dilerləri sözügedən sensorları yoxlayacaq və zəruri hallarda onları dəyişdirəcəklər.

Şirkət 2024-cü ilin fevralında avtomobil sahiblərini geri çağırma ilə bağlı xəbərdar etməyə başlamağı planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu