Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 128-ə çatıb
Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsinin Tay Po rayonunda 8 binadan ibarət yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 128-ə çatıb.
Honq Konq Yanğından Mühafizə Xidmətindən verilən açıqlamaya görə, yanğında aralarında bir yanğından mühafizə işçisinin də olduğu 128 nəfər həyatını itirib, 76 nəfər isə yaralanıb ki, onlardan 11-i yanğından mühafizə işçisidir.
Təxminən 4 min nəfərin yaşadığı güman edilən kompleksdə yanğınsöndürmə işləri 40 saatdan çoxdur davam edir.
Xilasetmə işlərini davam etdirən yanğınsöndürmə briqadalarının hələ də hadisə yerindən aldıqları kömək çağırışlarından 25-nə çata bilmədiyi bildirilib.


