Honq Konqda yanğında 55 nəfər ölüb, 279 nəfərdən xəbər yoxdur


Çinin Honq Konq Xüsusi İdarəetmə Bölgəsinin Tai Po bölgəsində dünən 8 mənzilli binanın yerləşdiyi yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 55-ə çatıb.

Honq Konq Yanğından Mühafizə Xidmətinin rəsmiləri hadisə yerində keçirdikləri mətbuat konfransında itkin və yaralı sayının artdığını bildiriblər.

Yanğında indiyədək bir yanğınsöndürən də daxil olmaqla 55 nəfər həyatını itirib, xəstəxanaya yerləşdirilən 76 yaralıdan 28-nin vəziyyəti ağır, 15-nin isə kritik olduğu qeyd olunub.

Dünən günorta saatlarında 1900-dən çox mənzilin olduğu Vang Fuk Kompleksində başlayan yanğın binaların təmiri üçün quraşdırılmış bambuk nərdivan və yanıcı izolyasiya materialları səbəbindən sürətlə yayılıb.

Təxminən 4 min nəfərin yaşadığı ehtimal edilən kompleksdə alovun bürüdüyü 7 binadan 3-ü nəzarət altına alınsa da, yanğınsöndürənlər söndürmə işlərini artıq 24 saatdan çox davam etdirir.

Yanğınsöndürənlərin kompleksdən gələn kömək çağırışlarının böyük hissəsinə cavab verdiyi, lakin hələ də 279 nəfərdən xəbər alınmadığı bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu