Dünya Ticarət Təşkilatı: 2025-ci ilin ikinci yarısında ticarət artımı yavaşladı


Dünya Ticarət Təşkilatı (DTT) bildirib ki, qlobal mal ticarətinin artımı ilin iyul–dekabr dövründə əhəmiyyətli dərəcədə yavaşlayıb.

DTT Qlobal Mal Ticarət Barometri sentyabr hesabatını yayımlayıb. Hesabata görə, iyunda 102,2 olan Mal Ticarəti Barometri sentyabrda 101,8-ə geriləyib.

Bu azalma əsasən ABŞ da daxil olmaqla gözlənilən gömrük rüsumu artımlarından əvvəl idxalın artması ilə mal ticarətinin ilk yarıda gözləniləndən daha güclü, yəni 4,9% artmasının ardından baş verib.

Artan gömrük rüsumları və qeyri-müəyyənliklər ticarət perspektivinə mənfi təsir göstərir. DTT qlobal mal ticarətinin 2025-ci ildə 2,4%, 2026-cı ildə isə 0,5% artacağını proqnozlaşdırır.

Barometrdə 100-dən böyük göstəricilər trendin üzərində, 100-dən kiçik göstəricilər isə trendin altında artımı göstərir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu