FTB Minnesotadakı ICE cinayət araşdırmasını nəzarətə götürdü


Minneapolisdə bir Gömrük və Sərhəd Mühafizəsi (ICE) agentinin ABŞ vətəndaşı Reni Nikol Gudu atəş açaraq öldürməsi ilə bağlı araşdırma federal və ştat qurumları arasında ciddi böhrana səbəb olub. FTB-nin araşdırmanın bütün nəzarətini öz üzərinə götürməsi və Minnesota ştatı qurumlarının sübutlara çıxışını məhdudlaşdırması narazılıqlara səbəb olub.

Minnesota Cinayətlərin Qarşısının Alınması Bürosu (BCA) əvvəlcə FTB ilə birgə aparılan araşdırmada federal səlahiyyətlilərin qəfil qərar dəyişdiyini açıqlayıb. BCA şahidlərə, iş sənədlərinə və hadisə yerindəki sübutlara çıxışının ləğv olunması səbəbilə araşdırmadan istəksiz şəkildə çəkilməli olub.

Minnesota qubernatoru Tim Volts vəziyyətə sərt reaksiya verərək bildirib ki, Minnesota bu araşdırmanın bir hissəsi olmalıdır: "Gücü əlində saxlayanların artıq hökm verdiyi bir mühitdə ədalətli nəticə əldə etməyimizin çox çətin olduğunu hiss edirəm”.

Daxili Təhlükəsizlik naziri Kristi Noem isə ştat qurumlarının araşdırma üzərində səlahiyyəti olmadığını müdafiə edib.

Qeyd edək ki, şəhərdə genişmiqyaslı etiraz aksiyaları və anım mərasimləri keçirilir. Təhlükəsizlik narahatlıqları və artan siyasi gərginlik səbəbindən şəhərdəki bütün məktəblərdə tədris dayandırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu