Meksikada kartel zorakılığı: Məktəblər bağlandı, ictimai nəqliyyat dayandı


Meksikanın Nuevo Laredo şəhərində kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma səbəbindən şəhərdə təhsil dayandırılıb, ictimai nəqliyyat xidməti dayandırılıb.


AFN.az "Washington Post"a istinadən xəbər verir ki, Meksikanın Tamaulipas əyalətinin Nuevo Laredo şəhərində səhər saatlarında kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. ABŞ-ın Texas ştatının sərhəddində yerləşən şəhərdə kartel üzvləri bir çox avtomobili yandıraraq, yolları hərəkətə bağlayıb. Şəhərin bir çox yerində baş verən qarşıdurmalar insanları panikaya saldığı üçün yerli hökumət təhlükəsizlik səbəbilə məktəblərin bağlandığını və ictimai nəqliyyat xidmətinin dayandırıldığını açıqlayıb. ABŞ-ın şəhərdəki konsulluğu isə təhlükəsizlik problemi səbəbilə bütün xidmətlərin dayandırıldığını və görüşlərin ləğv edildiyini açıqlayıb və işçilərini təhlükəsiz yerə sığınmağa çağırıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador verdiyi açıqlamada hücumların şəhərdə fəaliyyət göstərən bir kartel liderinin həbsi səbəbindən baş verdiyini və ələ keçirilən liderin Nuevo Laredo şəhərində baş verən bir çox zorakılıq hadisələrinə görə məsuliyyət daşıdığını bildirib.
Səlahiyyətlilər bildiriblər ki, 2 saatdan çox davam edən qarşıdurmalardan sonra Meksika ordusunun dəstəyi ilə Nuevo Laredo şəhərində təhlükəsizlik bərpa edilib. Qarşıdurmalarda ölən və ya yaralanan olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməsə də, “Komandante Neqrolo” kimi tanınan kartel liderinin paytaxt Mexikoya aparıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu