Meksikada kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma: 12 ölü


Meksika həbs olunan şəxsi xilas etməyə çalışan kartel üzvləri ilə polis arasında qarşıdurma baş verib. Hadisə nəticəsində 12 nəfərin öldüyü bildirilir.


Qarşıdurma Meksikanın şimalında, Sonora əyalətinin paytaxtı Hermosilloda magistral yolda təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında yaşanıb.

Sinaloa kartelinə bağlı Los Cazadores bandasının üzvləri həbs edilmiş kartel qatili İsa Humbertonun oğlu Karlos Humbertonu xilas etmək üçün təhlükəsizlik qüvvələrinə atəş açıblar.

Sonora Dövlət Prokurorluğundan verilən açıqlamada təhlükəsizlik qüvvələri ilə banda arasında baş verən qarşıdurmada 12 kartel üzvünün öldüyü, 2 təhlükəsizlik qüvvəsi üzvünün isə yaralandığı bildirilib.

Açıqlamada xəstəxanaya yerləşdirilən təhlükəsizlik qüvvələri üzvlərinin vəziyyətinin stabil olduğu, münaqişədə yaralanan ən azı 7 kartel üzvünün hadisə yerindən qaça bildiyi qeyd edilibb.

Münaqişədən sonra təhlükəsizlik qüvvələri kartelə aid 21 ağır silah, sursat, gülləkeçirməz jilet və 6 avtomobil ələ keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu