Meksikada iki ayrı atışma nəticəsində 9 nəfər ölüb
Meksikanın Qerrero və Sonora ştatlarında baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.
Meksika mətbuatında yer alan xəbərə görə, Çilpansinqo şəhərində mikroavtobusa edilən hücumda 5 nəfər, Sonora əyalətinin Kaborka qəsəbəsində isə 4 kənd təsərrüfatı işçisi həlak olub.
Hər iki hücumun çarpaz atəş formasında baş verdiyi bildirilir.
Hücumlarda 7 nəfər yaralanarkən, təhlükəsizlik qüvvələri hadisəni törədən şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat başlatdı.
Hadisə yerinə çoxlu polis əməkdaşları göndərilib.
Hücumlarla bağlı dövlət prokurorluqları istintaqa başlayıb.