ABŞ-da son altı ayda 28 hücumda 140 nəfər ölüb


ABŞ-da ilin əvvəlindən bəri 28 hücumda ümumilikdə 140 nəfər həyatını itirib.


"Associated Press" (AP) və "USA Today"ın Şimal-Şərq Universitetinin birgə apardığı araşdırma zamanı məlum olub ki, yanvarın 1-dən iyunun 30-dək ABŞ-da biri istisna olmaqla, hamısı silahla 28 atışma olub.

Sözügedən dövrdə hücumlarda 140 adam həyatını itirdiyi halda, bu dövr 2006-cı ildən bu yana ilk altı ayda ən çox hücumun qeydə alındığı dövr olub.

Ekspertlər hesab edirlər ki, ABŞ-da artan hücumların əsas səbəbi ölkədə silahlanmanın artmasıdır.

ABŞ prezidenti Co Bayden martın 27-də Tennessi ştatında ibtidai məktəbdə 3-ü uşaq olmaqla 6 nəfərin ölümünə səbəb olan atışmadan sonra verdiyi açıqlamada silahlanma qaydalarında islahatlara çağırıb.

İslahat yarı avtomatik tüfənglər kimi hücum silahlarına qadağa və silah satışı ilə bağlı hərtərəfli cinayət rekordunu yoxlamaqdan ibarətdir.

Ölkədə 4 İyul Müstəqillik Günü qeyd etmələri həftəsində müxtəlif ştatlarda baş verən silahlı hücumlarda ümumilikdə 15 nəfər həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu