Aİ-dən "Rabobank"a 26,6 milyon avro kartel cəriməsi


Avropa İttifaqı "Rabobank"ı istiqraz ticarətində karteldə iştirak etdiyinə görə 26,6 milyon avro cərimələyib.


Avropa İttifaqı (Aİ) Komissiyası "Deutsche Bank" və Hollandiya mərkəzli "Rabobank"ın avro ilə istiqraz ticarətində kartel qurduğunun müəyyən edildiyini açıqlayıb.

Açıqlamada, "Rabobank"ın avro ilə müəyyən istiqrazların alqı-satqısı ilə bağlı kartelə qatıldığı üçün 26,6 milyon avro cərimə olunduğuna diqqət çəkilib.

Bildirilir ki, "Deutsche Bank"ın da karteldə iştirakı aşkar edilib və bank karteli Komissiyaya açıqladığına görə 156 milyon avroluq cəzadan azad edilib.

Açıqlamada qeyd edilib ki, araşdırma 2006-2016-cı illər arasında iki bankın bəzi treyderlər vasitəsilə kommersiya baxımından həssas məlumatları paylaşıb, ticarət və qiymət strategiyalarını koordinasiya edib.

Aİ sözügedən bankların öz aralarında kartel yaradıb-yaratmadığını müəyyən etmək üçün araşdırma aparıb.

Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir.

Aİ Komissiyası rəqabət və ya antiinhisar qanunlarını pozan bir vəziyyət aşkar edərsə, bu araşdırmaya son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu