Yaponiyanın “Kairos” raketi növbəti dəfə qəzaya uğrayıb


Yaponiyanın "Space One" özəl kosmik şirkətinə məxsus "Kairos 3" raketinin orbitə beş peyk çıxarmaq cəhdi uğursuzluqla nəticələnib.

AFN.az xəbər verir ki, bu barədə "Space One"ın saytında bildirilib. Startdan bir neçə dəqiqə sonra idarəetməni itirərək nizamsız dövrələr vuran raketin uçuşu məcburi şəkildə dayandırılıb. Şirkət rəsmiləri birbaşa yayım zamanı missiyanın uğursuz olduğunu rəsmən etiraf ediblər.

Qeyd edək ki, bu, sözügedən modifikasiyalı raketin artıq dördüncü uğursuz cəhdidir; əvvəlki startlar texniki nasazlıqlar və hava şəraiti səbəbindən təxirə salınmışdı. Şirkətin 2018-ci ildən bəri hazırladığı bu layihə çərçivəsində əvvəlki illərdə də partlayışlar və texniki kəsintilər qeydə alınıb. "Space One" rəhbərliyi 2030-cu ilə qədər hər il 30-a yaxın bu tipli daşıyıcı raketi kommersiya məqsədilə kosmosa göndərməyi planlaşdırsa da, ardıcıl qəzalar layihənin gələcəyini sual altına qoyur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu