Avropa Kosmik Agentliyinin yeni raketi "Ariane 6" ilk dəfə orbitə buraxılıb


Avropa Kosmik Agentliyi yeni raketi "Ariane 6"nın ilk dəfə kosmosa göndərildiyini açıqlayıb.



Avropa Kosmik Agentliyinin (ESA) verdiyi açıqlamaya görə, Avropanın yeni "Ariane 6" raketi Fransa Qvianasındakı Avropa Kosmik Limanından kosmosa buraxılıb.

ESA-nın baş direktoru Josef Asçbaşer 56 metr uzunluğundakı "Ariane 6"nın ilk uçuşunu qiymətləndirib. Tamamilə yeni bir raketin hər zaman atılmadığını bildirən Asçbaşer, bir raketin ilk uçuşu üçün minlərlə insanın illərlə çalışması lazım olduğuna diqqət çəkib.

Direktor Avropanın yeni nəsil "Ariane" raketinin uğurla buraxıldığını bildirib.

"Ariane 6"dan əvvəl vəzifə yerinə yetirən "Ariane 5" raketi son uçuşunu 5 iyul 2023-cü ildə edib. 1996-2023-cü illərdə fəaliyyət göstərən “Ariane 5” 117 missiya zamanı 197 peyki orbitə yerləşdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu