Tehranda ard-arda partlayışlar baş verib
ABŞ və İsrail hücumlarının davam etdiyi İranın paytaxtı Tehranda ard-arda güclü partlayışlar meydana gəlib.
AFN.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, partlayışlardan sonra şəhərin şərq hissəsindən qatı tüstü dumanları yüksəlməyə başlayıb.
Eyni zamanda, İranın hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi və işə düşdüyü müşahidə olunub. Digər tərəfdən, İsrail ordusu Tehranın müxtəlif nöqtələrinə qarşı genişmiqyaslı hücuma keçdiyini rəsmən elan edib.
