İsrail ordusu İranda silah istehsalı ilə bağlı 1000-dən çox obyektin vurulduğunu iddia edib
İsrail ordusu ABŞ ilə birgə hücumları davam etdirdikləri İranda indiyədək silah istehsalı ilə bağlı 1000-dən çox obyektə zərbə endirdiklərini irəli sürüb.
AFN.az xəbər verir ki, ordudan verilən bəyanatda Tehran rəhbərliyinin silah istehsalı müəssisələrinə qarşı hücumların intensivləşdirildiyi iddia olunub.
Hücumların başladığı 28 fevraldan bəri Tehranın silah istehsalı potensialını zəiflətməyə yönəlmiş əməliyyatların davam etdiyi bildirilən açıqlamada bu çərçivədə istehsal, təkmilləşdirmə və tədqiqat imkanlarını sıradan çıxarmaq üçün fəaliyyət göstərən müəssisələrin sistematik olaraq hədəf alındığı qeyd edilib.
Bəyanatda Tehran rəhbərliyinin başda ballistik raketlər, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, peyklər və dəniz silahları olmaqla müxtəlif silah sistemlərinin istehsalı və tədqiqatı sahəsində geniş şəbəkə qurduğu, indiyədək bu obyektlərdən 1000-dən çoxunun hədəfə alındığı qeyd edilib.
