İsrail: İranda təxminən 3400 hədəfə zərbə endirdik
İsrail Ordusunun sözçüsü Effi Defrin ABŞ ilə birgə hücumlar təşkil etdikləri İranda İsrail ordusunun təxminən 3400 hədəfə zərbə endirdiyini elan edib.
AFN.az xəbər verir ki, ordunun rəsmi nümayəndəsi həyata keçirilən hərbi əməliyyatların təfərrüatlarını paylaşarkən ölkədə 150-dən çox hava hücumundan müdafiə sisteminin sıradan çıxarıldığını iddia edib. Defrin sözügedən hücumlarda 7500 sursatdan istifadə edildiyini bildirib.
Ordunun artıq növbəti mərhələyə keçdiyini vurğulayan sözçü, İran rəhbərliyinin mühüm istehsal müəssisələrini hədəf almağa başladıqlarını qeyd edib. İsrail rəsmisi həmçinin ordunun Livanın paytaxtı Beyruta qarşı hücumlarını da davam etdirdiyini diqqətə çatdırıb.
