İsrail ordusu: İran donanması üçün dəniz raketi və minası istehsal edən müəssisəni vurduq
İsrail ordusu İranın Yəzd şəhərinə təşkil etdiyi hava hücumunda dəniz raketləri və minalarının istehsalı üçün kritik əhəmiyyətə malik bir müəssisəni vurduğunu iddia edib.
AFN.az xəbər verir ki, İsrail ordusundan verilən bəyanatda döyüş təyyarələrinin Yəzd şəhərində hədəf aldığı nöqtənin İran donanması üçün dəniz raketi və minası istehsal edən zavod olduğu irəli sürülüb.
Açıqlamada sözügedən müəssisədə İran donanmasına məxsus kreyserlərdən, sualtı qayıqlardan və helikopterlərdən hərəkətli və sabit dəniz hədəfləri üçün nəzərdə tutulmuş raketlərin istehsal edildiyi və saxlanıldığı qeyd edilib.
Hava hücumunun hərbi və dəniz kəşfiyyat xidmətlərinin birgə fəaliyyəti nəticəsində həyata keçirildiyi bildirilən bəyanatda İran donanmasının istehsal potensialına ciddi zərbə vurulduğu iddia olunub. İsrail tərəfi bu əməliyyatın Tehranın dənizdəki hərbi gücünü zəiflətməyə xidmət etdiyini vurğulayıb.
