İran Atom Enerjisi Təşkilatı: Buşəhr Nüvə Enerjisi Stansiyasının ərazisinə raket düşüb
İran Atom Enerjisi Təşkilatı ABŞ-İsrail hücumları zamanı Buşəhr Nüvə Enerjisi Stansiyasının ərazisinə raket düşdüyünü bildirib.
AFN.az xəbər verir ki, qurumun yaydığı rəsmi məlumatda hücumun hədəfləri və stansiya ərazisində baş verən dağıntılar barədə detallar yer alıb.
İlkin məlumatlara görə, raketin məhz nüvə obyekti yaxınlığına düşməsi bölgədə təhlükəsizlik narahatlıqlarını artırıb.
Hadisə ilə bağlı rəsmi Tehranın və beynəlxalq qurumların geniş bəyanat yayacağı gözlənilir.
