İsrail Fordoya yenidən hücum edib: Atom təşkilatından açıqlama

Atom Enerjisi Təşkilatı: Mülki əhali üçün heç bir təhlükə və ya təhdid yoxdur
İsrail ötən gecə İranın Fordodakı nüvə obyektinə yenidən hücum edib.
AFN.az İran mediasına istinadən xəbər verir ki, bu barədə Tehranın cənubunda yerləşən Qum vilayətinin fövqəladə vəziyyətlərin idarə olunması qərargahı məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl təcavüzkar düşmən Fordodakı nüvə obyektini yenidən hədəf aldı. Atom Enerjisi Təşkilatının nümayəndələrinin bildirdiyinə görə, vətəndaşlara heç bir təhlükə və ya təhdid yoxdur", – deyə qərargahdan verilən açıqlamada bildirilir.