İordaniya: Son bir həftədə ölkəyə 22 hava hücumu edilib



İordaniya ordusu son bir həftə ərzində ölkənin İrandan atılan 22 raketlə hədəf alındığını bildirib. 

AFN.az xəbər verir ki, İordaniya ordusu və İctimai Təhlükəsizlik Müdirliyinin birgə yaydığı yazılı bəyanatda İranın hücumlarının dördüncü həftəsindəki nəticələrə dair məlumat verilib.

Son bir həftədə ölkənin 22 raketlə hədəf alındığı, bu raketlərdən ikisinin ölkənin şərq hissəsinə düşdüyü qeyd olunub. Açıqlamada müharibə başlayandan bəri İordaniyanın raket və PUA-larla 262 hava hücumuna məruz qaldığı, onlardan 242-nin qarşısının alındığı diqqətə çatdırılıb.

Məhv edilən raket və PUA hissələri ilə bağlı 64 bildirişin alındığı vurğulanan bəyanatda, düşən qalıqlarla məşğul olan qrup üzvlərindən birinin yaralandığı ifadə edilib. Hücumların başlamasından bu yana keçən 4 həftə ərzində ölkə miqyasında yaralı sayının 25-ə çatdığı, həmçinin 25 nəqliyyat vasitəsi, 55 ev və dükan, eləcə də 14 dövlət əmlakına ziyan dəydiyi bildirilib.

Qeyd edək ki, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq fevralın 28-dən bəri 7 ərəb ölkəsindəki ABŞ bazalarına və kritik nöqtələrə raket və PUA hücumları həyata keçirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu