İsveçrənin maliyyə naziri "Grok"u məhkəməyə verdi
İsveçrənin maliyyə naziri Karin Keller-Sutter "X" sosial media platformasının süni intellekt çat-botu "Grok" tərəfindən onun haqqında hazırlanan təhqiramiz ifadələrə görə cinayət işi qaldırıb.
AFN.az xəbər verir ki, nazir internet üzərindən böhtan və təhqirə məruz qaldığı üçün hüquqi müstəvidə addım atıb.
Hadisə naməlum bir "X" istifadəçisinin "Grok"dan Keller-Sutter haqqında kobud və cinsiyyətçi ifadələr daxil edən alçaldıcı bir mətn hazırlamasını istəməsindən sonra baş verib. Süni intellektin istehsal etdiyi mətndə nazirə və onun fəaliyyətinə qarşı ağır küçə söyüşləri yer alıb.
Nazir Keller-Sutterin mətbuat katibi Paskal Hollenşteyn böhtan və təhqir ittihamı ilə məhkəmə iddiasının açıldığını rəsmən təsdiqləyib. O, bu cür qadın düşmənçiliyi və təhqir dolu yanaşmaların normal və ya qəbul edilə bilən hesab olunmamalı olduğunu vurğulayıb. Hazırda İsveçrə hüquq-mühafizə orqanları süni intellekt tərəfindən yaradılan bu məzmunun hüquqi məsuliyyəti ilə bağlı araşdırmaları davam etdirir.

