ABŞ-a məxsus A10 təyyarəsi Hörmüz boğazı ətrafında vurulub



ABŞ-a məxsus "A10" tipli döyüş təyyarəsi Hörmüz boğazı ətrafında İranın hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alınıb.

AFN.az xəbər verir ki, İran ordusu təyyarənin Fars (Bəsrə) körfəzinə düşdüyünü açıqlayıb.

İran İnqilabı Keşikçiləri Korpusu təyyarənin vurulma anına aid olduğu bildirilən görüntüləri də yayımlayıb. "New York Times" (NYT) qəzetinin iki amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, bu, gün ərzində Bəsrə körfəzində vurulan ikinci ABŞ qırıçısıdır.

"A-10 Warthog" tipli təyyarənin "F-15" qırıcısı ilə demək olar ki, eyni vaxtda düşürüldüyü bildirilir. Amerikanın "NBC" telekanalı isə mənbələrinə söykənərək qeyd edib ki, "A-10" tipli təyyarə vurulduqdan sonra Küveyt hava məkanına daxil olub. Hündürlük itirildiyi anda pilot katapult edərək sağ qalıb, təyyarə isə qəzaya uğrayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu