KİV: 2 ABŞ helikopteri vuruldu



Amerikanın NBC televiziyası İranda vurulan F-15 təyyarəsinin axtarış-xilasetmə əməliyyatına qatılan ABŞ-a məxsus 2 helikopterin vurulduğunu, heyət üzvlərinin isə sağ xilas edildiyini bildirib.

AFN.az xəbər verir ki, telekanalın iki amerikalı mənbəyə istinadən yaydığı məlumata görə, bu gün İranda düşürülən qırıcı təyyarənin ekipajını axtaran helikopterlər hədəf alınıb. Hücum nəticəsində vurulan hər iki helikopterdəki heyət üzvlərinin xilas olduğu qeyd edilib.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusu səhər saatlarında ölkənin mərkəzi hissəsində bir döyüş təyyarəsini hava hücumundan müdafiə sistemləri ilə vurduğunu elan etmişdi. İran mətbuatı pilotun əsir götürülməsi ehtimalını qeyd etsə də, ABŞ rəsmiləri təyyarənin düşdüyünü təsdiqləmiş və bir nəfərin xilas edildiyini, ikinci şəxs üçün axtarışların davam etdiyini bildirmişdilər.

Bunun ardınca isə "New York Times" qəzeti Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus ikinci bir döyüş təyyarəsinin də vurulduğu barədə məlumat yaymışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu