CENTCOM: İraqda qəzaya uğrayan ABŞ təyyarəsində 6 heyət üzvü həlak olub



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda qəzaya uğrayan KC-135 yanacaqdoldurma təyyarəsində olan 6 heyət üzvünün hamısının həyatını itirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, CENTCOM gecə saatlarında İraqın qərbində qəzaya uğrayan ABŞ-a məxsus təyyarənin heyəti ilə bağlı rəsmi bəyanat yayıb.

Açıqlamada təyyarədəki 6 heyət üzvünün hamısının həlak olduğu bildirilib. Qeyd edək ki, daha əvvəl verilən məlumatda 6 heyət üzvündən 4-nün ölümünün təsdiqləndiyi qeyd edilmişdi. Hadisə ilə bağlı araşdırmaların davam etdiyinə diqqət çəkilən bəyanatda təyyarənin düşməsinin dost və ya düşmən atəşi nəticəsində baş vermədiyi qeyd edilib.

Həmçinin bildirilib ki, təyyarədəki hərbçilərin kimliyi yaxınlarına məlumat verildikdən 24 saat sonraya qədər gizli saxlanılacaq. CENTCOM daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 yanacaqdoldurma təyyarəsinin İraqın qərbində, dost hava məkanında qəzaya uğradığını açıqlamışdı.

Digər tərəfdən, İraqda "İslami Müqavimət" olaraq tanınan bəzi silahlı qruplar ölkənin qərbində ABŞ-a məxsus həmin təyyarəni vurduqlarını iddia etmişdilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu