NYT: Hörmüz boğazı yaxınlığında ABŞ-ın ikinci qırıcı təyyarəsi vurulub



"New York Times" (NYT) qəzeti bu gün F-15 qırıcı təyyarəsi ilə demək olar ki, eyni vaxtda Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus ikinci döyüş təyyarəsinin vurulduğunu yazıb.

AFN.az xəbər verir ki, nəşrin iki amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, Bəsrə körfəzində ABŞ-ın daha bir hərbi təyyarəsi vurularaq düşürülüb. Bildirilir ki, "A-10 Warthog" tipli qırıcı təyyarə Hörmüz boğazı yaxınlığında F-15 təyyarəsi ilə eyni anlarda vurulub.

"NBC" telekanalının mənbələrinə görə, vurulan "A-10" təyyarəsi Küveyt hava məkanına daxil olub və hündürlük itirərkən pilot katapult edərək sağ qalıb.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) səhər saatlarında ölkənin mərkəzi hissəsində bir döyüş təyyarəsini hava hücumundan müdafiə sistemləri ilə vurduğunu elan etmişdi. ABŞ rəsmiləri təyyarənin düşdüyünü təsdiqləyərək ekipaj üzvlərindən birinin xilas edildiyini, digərinin axtarışlarının isə davam etdiyini bildirmişdilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu