Tramp: Ümid edirəm ki, F-15-in itkin düşmüş pilotu zərər görməyib
ABŞ Prezidenti Donald Tramp İranda vurulan ABŞ-a məxsus F-15 qırıcısının itkin düşmüş pilotunun əsir götürüləcəyi və ya ona zərər yetiriləcəyi təqdirdə hansı addımları atacaqlarını açıqlamaqdan yayınıb.
AFN.az xəbər verir ki, Tramp "Bununla bağlı şərh verə bilmərəm, çünki ümid edirik ki, belə bir şey baş verməyəcək", - deyə bildirib. ABŞ Prezidenti Bəsrə körfəzində vurulan iki Amerika təyyarəsinin aqibəti və itkin pilotun vəziyyəti ilə bağlı Britaniyanın "The Independent" qəzetinə açıqlamalar verib.
Tramp İran səmasında təyyarəsi vurulduqdan sonra paraşütlə tullanmaq məcburiyyətində qalan F-15 pilotunun axtarış-xilasetmə işləri davam edərkən, onun durumu haqqında konkret fikir söyləməkdən çəkinib.
İtkin düşən pilotun iranlılar tərəfindən ələ keçirilməsi və ya ona xətər yetirilməsi ehtimalı barədə suala cavab verən dövlət başçısı, hələlik belə bir ssenarinin reallaşmamasını arzuladıqlarını vurğulayıb.
