Yaxın günlərdə Kürdə su sərfi 2 dəfəyədək artacaq
Son günlər intensiv yağıntılarla əlaqədar olaraq transsərhəd çay olan Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb. Həmçinin Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə olunur.
AFN.az-ın xəbərinə görə, bu barədə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Proqnozlara əsasən, yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir.
Mütəxəssislər qeyd edirlər ki, suyun həcmindəki bu artım həm yağıntılar, həm də anbarın tənzimlənməsi ilə birbaşa əlaqədardır. Hazırda vəziyyət nəzarət altındadır.




