17 gün əvvəl müşavir təyin olunmuşdu, işdən çıxarıldı
TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov qurumda ciddi kadr dəyişikliklərinə başlayıb.
AFN.az Bakupost.az-a istinadən xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı artıq işdən azad olunub.
Məlumata əsasən, Anar Bayramovun gəlişindən sonra qurumdakı digər müşavirlərin də vəzifələrindən uzaqlaşdırılması üçün ərizələri alınıb. Bu, yeni rəhbərliyin komandanı tamamilə yeniləmək niyyətində olduğunu göstərir.
Məsələ ilə bağlı verilən sorğuya qurumun Mətbuat xidmətindən hələlik rəsmi cavab verilməyib.
Qeyd edək ki, Anar Bayramov cari ilin aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib. Bu təyinatdan dərhal sonra idarəetmə aparatında struktur və kadr islahatlarının genişlənəcəyi gözlənilir.


