SEPAH: Hər hansı hücuma əzici cavab verəcəyik
İran İnqilab Keşikçiləri (SEPAH) mümkün münaqişə zamanı düşmənin qalan elementlərinin hədəf alınacağını bəyan edib.
AFN.az xəbər verir ki, qurumdan verilən rəsmi açıqlamada "yalançı atəşkəs" adlandırılan hazırkı prosesdə hərbi hazırlıq və kəşfiyyat nəzarətinin ən yüksək səviyyədə davam etdiriləcəyi vurğulanıb.
"Mehr" xəbər agentliyində yer alan bəyanata görə, yenidən hərbi toqquşma baş verəcəyi təqdirdə düşmənin qalan varlıqlarına əzici zərbələr endiriləcəyi barədə xəbərdarlıq edilib.
Açıqlamada həmçinin hazırkı dövr səssiz müharibə meydanı kimi xarakterizə olunub və bildirilib ki, bu müddət ərzində düşmənin bütün hərəkətləri yaxından izləniləcək.
