SEPAH-ın kəşfiyyat rəhbəri öldürüldü



İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının rəhbəri, general-mayor Məcid Hademinin ABŞ-İsrail hücumu nəticəsində öldürüldüyü açıqlanıb.

AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu Hademinin ölümü ilə bağlı yaydığı rəsmi bəyanatda təşkilatın güclü və təcrübəli rəhbərinin bu gün sübh çağı Amerika-İsrail hücumu zamanı öldüyünü bildirib.

Açıqlamada Hademinin yarım əsr ərzində ölkənin kəşfiyyat və təhlükəsizlik sahələrinə mühüm, qalıcı və nümunəvi töhfələr verdiyi vurğulanıb. Qeyd olunub ki, onun xidmətləri xarici düşmənlərin İranın təhlükəsizliyini və sabitliyini hədəf alan planlarına qarşı ölkənin kəşfiyyat birliyinin uzun illər qürurla ayaqda qalmasına yol açacaqdır.

Hademinin konkret olaraq hansı ərazidə həyatını itirdiyi barədə dəqiq məlumat verilməsə də, dəfn mərasiminin proqramı ilə bağlı təfərrüatların daha sonra ictimaiyyətə çatdırılacağı qeyd edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu