İsrail SEPAH-ın kəşfiyyat rəisini və müavinini öldürdü


İsrailin hava zərbəsi SEPAH-ın kəşfiyyat rəhbərliyini hədəfə aldı



İsrail tərəfindən SEPAH-a qarşı həyata keçirilən son hava hücumu zamanı İranın Kəşfiyyat İdarəsinin rəhbəri, briqada generalı Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq həlak olub.



AFN.az xəbər verir ki, bu barədə ilkin məlumatı “İran International” yayımlayıb. Hücum nəticəsində SEPAH-a məxsus kəşfiyyat binasına ciddi zərər dəyib və bir neçə yüksək rütbəli zabit dağıntılar altında qalıb.



İsrailin Baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı “Fox News” telekanalına verdiyi açıqlamada Kazımi və Mühəqqəqin öldüyünü təsdiqləyib.



SEPAH tərəfindən sonradan yayılmış rəsmi məlumatda general Məhəmməd Kazıminin İsrailin hücumu nəticəsində digər komandirlərlə birlikdə şəhid olduğu bildirilib.



Hadisə ilə bağlı İranın rəsmi qurumları tərəfindən araşdırmalar aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu