IBM-in gəliri ilin ilk rübündə artıb



ABŞ-ın texnologiya nəhəngi IBM-in gəliri bu ilin ilk rübündə 9 faiz artaraq 15,9 milyard dollara yüksəlib.

AFN.az xəbər verir ki, şirkətin yanvar-mart dövrü üzrə açıqladığı hesabatda gəlirlərin ötən ilin müvafiq dövründəki 14,5 milyard dollarlıq göstəricini üstələdiyi məlum olub. Eyni zamanda, şirkətin xalis mənfəəti də ötən illə müqayisədə 15 faiz artaraq 1,2 milyard dollara çatıb ki, bu da bir il əvvəl 1,05 milyard dollar təşkil edirdi.

Hesabata əsasən, IBM-in səhm başına düşən xalis mənfəəti 1,12 dollardan 1,28 dollara yüksəlib və həm gəlir, həm də mənfəət göstəriciləri bazar gözləntilərindən yüksək olub. Şirkətin baş icraçı direktoru (CEO) Arvind Krişna maliyyə göstəricilərini şərh edərək bildirib ki, süni intellekt qlobal biznes həcmi üçün əsas hərəkətverici qüvvə olmaqda davam edir.

O, 2026-cı ildə gəlir artımının 5 faizdən çox olacağını və sərbəst pul axınında illik bazda təxminən 1 milyard dollarlıq artım gözlədiklərini də əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu