İlham Əliyev və Corcia Meloni mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Görüş zamanı tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələrini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AFN.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Baş naziri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

