Ciorcia Meloninin Azərbaycana səfəri başa çatdı


İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri başa çatıb.

AFN.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Xatırladaq ki, səfər çərçivəsində İtaliya Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, tərəflər arasında strateji və iqtisadi əməkdaşlığa dair mühüm müzakirələr aparılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu