Tramp Çinə Mask və Tim Kukun da olduğu heyətlə gedir



ABŞ Prezidenti Donald Trampın 13–15 may tarixlərində Çinə səfər edəcəyi və onu İlon Mask və "Apple" şirkətinin rəhbəri Tim Kuk da daxil olmaqla böyük biznes nümayəndə heyətinin müşayiət edəcəyi bildirilib.

AFN.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.

Açıqlamaya görə, Trampa maliyyə, texnologiya, aviasiya və ticarət sahələrində fəaliyyət göstərən 16 nəhəng ABŞ şirkətinin rəhbərləri qoşulacaq. Heyətdə maliyyə sektorundan BlackRock-un qurucusu Larri Fink, Goldman Sachs-ın rəhbəri Devid Solomon və Citigroup-un rəhbəri Ceyn Freyzer kimi nüfuzlu simalar yer alır.

Texnologiya və aviasiya sektorunu isə Boeing, GE Aerospace, QualcommMicron kimi nəhənglərin rəhbərləri təmsil edəcək. Maraqlı məqamlardan biri odur ki, ABŞ-ın Çinlə yarımkeçirici sahəsində kəskin rəqabət apardığı bir vaxtda Nvidia rəhbəri Censen Huanq heyətdə yer almayıb. Cisco rəhbəri Çak Robbins isə maliyyə hesabatları ilə əlaqədar səfərdə iştirak edə bilməyəcək.

Bu səfər Tramp administrasiyasının Çinlə ticarət və texnologiya münasibətlərində yeni strategiyasının göstəricisi kimi qiymətləndirilir. Görüşlərin əsas mövzusunun iqtisadi əməkdaşlıq və bazar əlçatanlığı olacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu