Rusiya maliyyə naziri: Neft ödənişləri dollardan yuana keçir



Rusiyanın maliyyə naziri Anton Siluanov Hörmüz boğazındakı vəziyyət səbəbindən neft ödənişlərinin ənənəvi dollar əməliyyatlarından yuana keçdiyini bildirib.

AFN.az xəbər verir ki, "RİA Novosti" agentliyinə müsahibə verən Siluanov son illərin hadisələrinin ölkələri daha etibarlı ödəniş vasitələri axtarmağa sövq etdiyini vurğulayıb.

Nazirin sözlərinə görə, mövcud gərginlik milli valyutaları daha cəlbedici edir və neft ticarətində yuanı ilk növbədə çinli alıcılar istifadə etsə də, siyasi təzyiqlərlə üzləşən digər ölkələr də bu valyutaya böyük maraq göstərir.

Yaxın Şərqdəki münaqişənin ciddi neft böhranına yol açdığını qeyd edən Siluanov Hörmüz boğazının bağlanması ilə dünya neft tədarükünün beşdə birinin və maye qazın (LNG) mühüm hissəsinin bazardan çıxdığını xatırladıb.

Bu vəziyyətin gübrə və qida qiymətlərini də bahalaşdırdığını deyən nazir xüsusilə AsiyaAvropanın enerji idxalçısı olan ölkələri ilə Afrika ölkələrinin mənfi təsirlərlə üzləşdiyini bildirib.

Rusiya üçün bu vəziyyətin həm büdcə gəlirlərinin artması, həm də logistik xərclərin yüksəlməsi kimi ikitərəfli təsirləri olduğunu qeyd edən Siluanov qlobal iqtisadi artımın zəiflədiyini və inflyasiya təzyiqinin artdığını vurğulayıb.

O, həmçinin Rusiyanın Milli Rifah Fondunun vəsaitlərinin yuan və qızılda saxlanılmasının yığımların qorunması baxımından önəmli olduğunu əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu