Fransada "Shein" platforması 22,5 milyon avro cərimələnib


Fransanın Rəqabət, İstehlak və Fırıldaqçılıqla Mübarizə Baş İdarəsi (DGCCRF) məşhur onlayn ticarət platforması "Shein"ə qarşı ümumi məbləği 22,5 milyon avro olan iki cərimə tətbiq edib.

AFN.az ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinin rəsmi bəyanatına istinadən xəbər verir ki, cərimələr platformanın strukturuna daxil olan iki fərqli şirkətə qarşı kəsilib. Paltar və aksessuar satan qola kəsilən 5,77 micron avroluq ilk cərimə alıcıların 14 günlük malı geri qaytarmaq hüququnun pozulması, məhsullarda mikroplastikin olması və parçanın rənglənməsi ilə tikilmə yerinin gizlədilməsi səbəbindən tətbiq edilib. Saytı idarə edən qola kəsilən 16,73 milyon avroluq ikinci cərimə isə çatdırılma müddəti, malın vahid qiyməti və tərəfdaş satıcıların kontaktlarının gizlədilməsinə görə rəsmiləşdirilib.

"Shein" rəhbərliyi qərarı ayrı-seçkilik adlandıraraq məhkəməyə şikayət edəcəyini bildirib.

Qeyd edək ki, Fransa rəsmiləri ümumilikdə platformanı indiyədək 210 milyon avrodan çox cərimələyib və yetkinlik yaşına çatmayan bənzəri olan böyüklər üçün oyuncaqların satışı səbəbindən saytın fəaliyyətini tam dayandırmağa çalışır. Çində yaradılan şirkətin baş ofisi 2022-ci ildən Sinqapurda yerləşir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu