Küveytdə hava hücumundan müdafiə sistemləri işə düşüb



Küveyt ordusu ölkəyə qarşı həyata keçirilən hücum səbəbindən hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini bəyan edib.

AFN.az xəbər verir ki, Küveyt ordusunun "X" sosial şəbəkə hesabından verilən açıqlamada hava hücumundan müdafiə sistemlərinin hazırda ölkəyə yönələn hücumun qarşısını almağa çalışdığı ifadə edilib.

Hücumların mənbəyi və ya xarakteri barədə ətraflı məlumatın verilmədiyi bəyanatda vətəndaşlara təhlükəsizlik qaydalarına əməl etmək barədə çağırış edilib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ ordusu "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlamışdı.

İran tərəfi isə bu əməliyyatlara cavab olaraq regiondakı bəzi ABŞ hərbi bazalarının güclü zərbələrlə hədəf alındığını bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu