ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliyadan Ukraynaya əlavə təhlükəsizlik yardımı


ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya Ukraynaya əlavə strateji və taktiki hava hücumundan müdafiə sistemləri verəcək.



ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya liderləri birgə bəyanatla çıxış ediblər.

Rusiyanın davamlı təcavüzünə qarşı özünü müdafiə etmək üçün Ukraynaya əlavə hava hücumundan müdafiə imkanları təmin etməkdə qərarlı olduqları ifadə edilən açıqlamada, “Bu gün biz Ukraynaya əlavə Patriot batareyaları da daxil olmaqla, əlavə strateji hava hücumundan müdafiə sistemləri təqdim etdiyimizi bəyan edirik" qeyd edilib.

Bundan əlavə bəyanatda ABŞ və tərəfdaşlarının yaxın aylarda Ukraynaya onlarla taktiki hava hücumundan müdafiə sistemi verməyi planlaşdırdığı bildirilib və Ukraynaya təhlükəsizlik yardımını davam etdirən 50-dən çox ölkənin koalisiyasına təşəkkür edilib.

Bəyanatda NATO-nun Ukraynanın NATO ilə birlikdə işləyə bilən inteqrasiya olunmuş hava və raketdən müdafiə arxitekturasını inkişaf etdirmək səyləri yüksək qiymətləndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu