NATO ölkələri min "Patriot" raketi alacaq


NATO müdafiə qabiliyyətini gücləndirmək üçün min ədəd “Patriot” hava hücumundan müdafiə raketi almağı planlaşdırır.



Alman mediasının NATO-nun satınalma agentliyi NSPA-ya əsaslanaraq verdiyi xəbərdə 5,5 milyard dollar dəyərində raketlərin üzv ölkələr tərəfindən ortaq şəkildə alınacağı bildirilib.

Sistemləri alacaq ölkələr arasında Almaniya, Hollandiya, Rumıniya və İspaniyanın olduğu bildirilib.

Bildirilib ki, alınacaq “Patriot” raketləri NATO ölkələrinə öz ehtiyatlarından Ukraynaya daha çox raket çatdırmağa imkan verəcək ki, bu da Ukraynanın öz ərazisini Rusiyanın hücumlarından daha yaxşı müdafiə edə biləcəyi anlamına gəlir.

NATO-nun baş katibi Yens Stoltenberq də alyans tərəfdaşlarının bəyanatını alqışlayıb və “Bu investisiya transatlantik müdafiə əməkdaşlığının gücünü və NATO-nun xalqımızın təhlükəsizliyinə sadiqliyini nümayiş etdirir” ifadələrini işlədib.

Raketlərin istehsalına Avropanın müdafiə istehsalçısı MBDA və ABŞ-ın Raytheon şirkəti arasında birgə müəssisə cavabdeh olacaq.

Raketlərin istehsalı hazırda texniki dəstəyin göstərildiyi Bavariyanın Şrobenhauzen şəhərində həyata keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu