Filippin zəlzələsindən sonra tsunami Yaponiyaya çatıb



Filippinin Mindanao bölgəsində baş verən 7,8 gücündəki zəlzələnin ardınca Yaponiyanın Okinava və digər ərazilərinə tsunami dalğalarının çatdığı bildirilib.

AFN.az xəbər verir ki, "Kyodo" agentliyinin yaydığı məlumata görə, Yaponiya Meteorologiya Agentliyi ölkənin şərq, qərb və cənub hissələrindəki Sakit okean sahilləri üçün tsunami xəbərdarlığı edib.

Agentlik xəbərdarlıqdan sonra Okinava, Ogasavara və Çiçicima bölgələrində aşağı intensivlikli tsunaminin qeydə alındığını diqqətə çatdırıb.

Xüsusilə Ogasavara adalarından olan Çiçicima adasına tsunaminin səbəb olduğu 20 santimetrlik dalğaların çatdığı vurğulanıb.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi Filippindəki güclü yeraltı təkanlardan sonra Sakit okean sahili ərazilər üçün tsunami xəbərdarlığı yayımlamışdı və bu xəbərdarlığın İbaraki prefekturasından Okinava prefekturasına qədər uzanan geniş bir coğrafiyanı əhatə etdiyi bildirilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu