İndoneziyada 6,5 bal gücündə zəlzələ olub
İndoneziyanın şərqindəki Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, Abepura bölgəsindən təxminən 200 kilometr qərbdə, yerli vaxtla saat 14:48-də 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ 70,1 kilometr dərinlikdə baş verib.
Hazırda zəlzələ nəticəsində insan itkisi və ya maddi ziyana dair açıqlama verilməyib.
ABŞ mərkəzli Sakit Okean Tsunami Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra tsunami xəbərdarlığı edilmədiyini bildirib.


