Yaponiyada sunami təhlükəsi: 195 min sakinə təxliyə tövsiyə olunub


Filippin sahillərində baş verən maqnitudası 8,1 (bəzi mənbələrə görə 7,8) olan güclü zəlzələdən sonra Yaponiyanın bir neçə regionunda hündürlüyü 1 metrə qədər olan tsunami təhlükəsi elan edilib. Hadisə ilə əlaqədar sahilyanı ərazilərdə yaşayan azı 195 min yaponiyalıya təxliyə olunmaq tövsiyə edilib.

AFN.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb.

Yaponiya Milli Meteorologiya İdarəsi tərəfindən verilən xəbərdarlıq ölkənin cənub-qərbindəki Okinava, həmçinin Küşü və Şikoku adalarını, eləcə də Honşü adasının Sakit okean sahili boyunca uzanan ərazilərini (Tokio yaxınlığındakı Tiba və İbaraki prefekturaları daxil olmaqla) əhatə edir.

Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyinin Yanğından Mühafizə İdarəsinin (ümumi idarəetmə funksiyasını yerinə yetirən qurum) məlumatına görə, təxliyə tövsiyəsi ümumilikdə 10 prefekturanın sakinlərinə şamil olunub. Sahilyanı zonalarda olan bütün şəxslərə dərhal dəniz kənarından uzaqlaşmaq və daha hündür, təhlükəsiz yerlərə sığınmaq çağırışı edilib. Mütəxəssislər dalğaların sahilə təkrarən və qəfil zərbələrlə çata biləcəyi barədə xəbərdarlıq edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu