Yaponiyada tayfun səbəbindən 400-dən çox aviareys təxirə salınıb


Yaponiyaya yaxınlaşan güclü tayfun səbəbindən ləğv edilən aviareyslərin sayı 400-ü ötüb.

AFN.az Yaponiya hava limanlarının yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, reyslərin təxirə salınması ilkin mərhələdə əsasən iyunun 1-i və 2-də təbii fəlakətin birbaşa təsirinə məruz qalacaq Okinava prefekturasını əhatə edir.

Milli Meteorologiya İdarəsinin hesabatına görə, tayfunun episentri hazırda prefekturadan cənubda yerləşir və saatda təxminən 15 kilometr sürətlə şimal istiqamətində hərəkət edir. Tayfunun daxilində küləyin sürəti saniyədə 30 metrə, həmlələr zamanı ise saniyədə 45 metrə qədər çatır.

Sinfoptiklərin proqnozlarına əsasən, Okinavadan sonra tayfun istiqamətini şimal-şərqə doğru dəyişəcək. Fəlakətin Yaponiyanın əsas hissəsinin Sakit okean sahili boyunca hərəkət edərək Küşü, Şikoku adalarına, həmçinin paytaxt Tokio regionuna təsir edəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu