Yaponiyada "Xanın" xəbərdarlığı: 420 uçuş ləğv edilib


Yaponiyanın Okinava əyalətinə yaxınlaşan “Xanın” qasırğası səbəbindən ən azı 420 reys təxirə salb. Tədbir ən azı 50 min sərnişinin zərər çəkməsinə səbəb olub.


Naha və Miyako hava limanlarının terminallarının müvəqqəti bağlandığı açıqlansa da, Okinava əyalətində bir çox avtobus səfərləri gün ərzində dayandırılıb.

Qasırğanın sürətinin saatda 216 kilometrə çatacağı gözlənilir. Yaponiya Meteorologiya Agentliyinin (JMA) günorta saatlarına olan məlumatına görə, “Xanın” tayfunu əyalətin mərkəzi Naha şəhərindən 200 kilometr cənub-şərqdə dəniz üzərində qərb-şimal-qərb istiqamətində hərəkət edir.

Axşam saatlarından etibarən qasırğanın istiqamətini qərbə doğru dəyişəcəyi bildirilir. Okinavada küləyin maksimal sürətinin bu gün saatda 216, sabah isə saatda 234 kilometrə çata biləcəyi xəbərdarlığı edilib.

Yerli hakimiyyət orqanları daşqın və sürüşmə, eləcə də güclü külək nəticəsində tikililərin zədələnməsinə hazır olmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu