Çində Talim qasırğası səbəbindən 230 minə yaxın insan təxliyə edilib


Çinin cənubundakı Quandun əyalətində təsirli olan “Talim” qasırğası səbəbindən 230 minə yaxın insan evlərindən təxliyə edilib.


BBC-nin xəbərinə görə, küləyin sürətinin saatda 140 kilometrə qədər artdığı tayfun səbəbindən yüzlərlə təyyarə və qatar ləğv edilib.

Sakinlərə sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib.

Vyetnamda da "Talim" qasırğasından ən çox təsirlənəcəyi gözlənilən bölgələrdən 30 minə yaxın insan təxliyə edilib.

Dünən Honq-Konqda Talim tayfunu səbəbindən məktəblər və birja müvəqqəti bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu