İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib
İndoneziyada 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin İndoneziyanın Palu şəhərindən 43 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Məlumatda 6,7 bal gücündəki zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib.
Yeraltı təkanlar nəticəsində hələlik hər hansı can və ya mal itkisi barədə məlumat daxil olmayıb.


