xAI tərəfindən OpenAI-a qarşı açılan məhkəmə iddiası rədd edildi
ABŞ-da federal hakim milyarder iş adamı İlon Maskın süni intellekt şirkəti xAI-ın kommersiya sirlərini oğurladığı iddiası ilə süni intellekt şirkəti OpenAI-a qarşı açdığı məhkəmə iddiasının rədd edilməsinə qərar verib.
AFN.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin yaydığı məlumata görə, Kaliforniyadakı federal hakim Rita Lin xAI şirkətinin 2025-ci ilin sentyabrında açdığı iddia ilə bağlı qərarını açıqlayıb.
Lin bildirib ki, xAI daha əvvəl onun bünyəsində çalışan mühəndis Li Şüeçının şirkətlə bağlı məlumatları ötürməsi məqsədilə rəqib firma OpenAI tərəfindən işə götürüldüyü və kommersiya sirlərinin oğurlanmağa çalışıldığı iddiasına dair heç bir sübut təqdim edə bilməyib.
xAI-ın işə qəbul zamanı işçidən keçmiş təcrübələri barədə soruşulmasını kommersiya sirlərinin ötürülməsi ilə bərabər tutduğunu ifadə edən Lin mühəndis Linin müsahibə zamanı OpenAI ilə keçmiş iş yeri haqqında məlumat paylaşdığına dair heç bir dəlil olmadığını vurğulayıb.
Hakim Lin bu əsaslarla xAI-ın açdığı məhkəmə iddiasının rədd edilməsinə hökm edib.
Qeyd olunur ki, OpenAI-da işə götürüldüyü bildirilən mühəndis xAI şirkətinin "Grok" adlı süni intellekt çat-botunu hazırlayan ilk mühəndislərdən biri olub.
