Bakıda su bu qrafiklə verilir: Saatlar açıqlandı
Su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.
AFN.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.
Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:
- Xətai rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-22:00
- Nizami rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-22:00
- Suraxanı rayonunun bəzi ərazilərində: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00
- Binəqədi rayonunun bəzi ərazilərində: 06:00-20:00
- Nərimanov rayonunun bəzi ərazilərində: 06:00-20:00
- Yasamal rayonunun bəzi ərazilərində: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00
- Sabunçu rayonunun bəzi ərazilərində: 08:00-12:00, 22:00-02:00
- Xəzər rayonunun bəzi ərazilərində: 00:00-12:00
- Pirallahı rayonunun bəzi ərazilərində: 08:00-17:00
- Nəsimi rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-21:00
“Qeyd edək ki, bəzi ünvanlarda yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinlik daha çoxdur. Bu kimi ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir. Bir daha xatırladaq ki, tənzimləmə işləri sürətlə və fasiləsiz şəkildə aparılır. Su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik”, - məlumatda vurğulanıb.
