ABŞ-də Sahil Mühafizə helikopteri Alyaskada təlim uçuşu zamanı qəzaya uğrayıb



ABŞ Sahil Mühafizəsinə məxsus helikopter Alyaska ştatının Sitka şəhərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

AFN.az xəbər verir ki, helikopterdəki 4 nəfər qəzadan sağ qurtulub.

ABŞ Dəniz İnstitutunun (USNI) məlumatına görə, "MH-60 Jayhawk" modelli Sahil Mühafizə helikopteri Sitka Sahil Mühafizə Hava Bazasındakı təlim uçuşu zamanı yerə çırpılıb.

Sahil Mühafizəsi rəsmiləri tərəfindən verilən bəyanatda helikopterdəki 4 nəfərlik heyət üzvünün xilas edildiyi və yaxınlıqdakı xəstəxanaya çatdırıldığı bildirilib.

Açıqlamada hadisə ilə bağlı hər hansı bir can itkisinin qeydə alınmadığı, qəzanın səbəblərini müəyyənləşdirmək üçün rəsmi təhqiqatın aparılacağı qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu